Üçüncü rübdə Energetika Nazirliyinin Çağrı mərkəzinə 1112 müraciət daxil olub
Bakı, 21 oktyabr, AZƏRTAC
Cari ilin 3-cü rübü ərzində Energetika Nazirliyinin Çağrı mərkəzi və qaynar xətti vasitəsilə 1112 zəng qəbul edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, daxil olan zənglərin 1014-ü elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 47-si təşəkkür xarakterli, 5-i bərpa olunan enerji, 46-sı isə digər məsələlərlə bağlı olub.
Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.
Xatırladaq ki, vətəndaşların müraciətləri Energetika Nazirliyinin (012) 598-16-55 “Qaynar Xətt”i, “974” Çağrı mərkəzi, minenergy.gov.az internet səhifəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul edilir.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir