Türkiyədə keçirilən taktiki təlim başa çatıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq üzrə fəaliyyət planına əsasən, qardaş ölkənin Hərbi Dəniz Donanmasında təcrübə keçən hərbi qulluqçularımızla İzmir şəhərinin Foça dəniz bazasında taktiki təlim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Foça hərbi dəniz bazasının komandiri kontr-admiral Mustafa Biçenin rəhbərliyi ilə Egey dəniz sularında keçirilən taktiki təlimin yekununda təlimdə icra olunan tapşırıqlar təhlil edilib.
Təlimin yekununda çıxış edərək iştirakçılara tövsiyələrini verən kontr-admiral M.Biçen zabitlərimizə gələcək xidmətlərində uğurlar arzulayıb.
Sonda xatirə şəkili çəkdirilib.
Azərbaycan Ordusunda yeni tədris dövrünün məşğələləri keçirilir VİDEO
Pilotsuz uçuş aparatları kursunu bitirənlərə sertifikatlar təqdim olunub
Azərbaycanın müdafiə naziri “Qış təlimi - 2023” təlimini izləyib
Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir VİDEO