Energetika naziri Misirin ölkəmizdəki səfiri ilə görüşüb
Bakı, 21 oktyabr, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid ilə görüşüb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, söhbət zamanı Azərbaycanla Misir arasında energetika sahəsində mövcud əlaqələr barəsində fikir mübadiləsi aparılıb. Müvafiq sahədə ölkəmizdə aparılan islahatlar, reallaşdırılan layihələr haqqında məlumat verilib, neft-kimya, mayeləşdirilmiş təbii qaz, bərpaolunan enerji kimi sahələrdə dövlət və özəl qurumlar arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanlar olduğu vurğulanıb.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturu üzrə aparılan bərpa-yenidənqurma, həmçinin enerji təchizatının “yaşıl enerji” hesabına təmini layihələrində Misir şirkətlərinin iştirakı imkanları nəzərdən keçirilib. Misirin müvafiq sahədə fəaliyyət göstərən özəl sektor nümayəndələri Azərbaycana dəvət edilib.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir