Xətai rayonunda qarajdan avtomobil ehtiyat hissələri oğurlanıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə G.Şıxlinski küçəsində yerləşən bir qarajdan 6 min manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş Kamran Vahabov və Elnur Əsgərov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam edir.
Gəncə sakinin içərisində pul, bank kartları, sənədləri olan cüzdanı oğurlanıb
Binəqədi rayonunda qadına qarşı soyğunçuluq edilib
Neftçala sakininin həyətindən 1090 ədəd çətənə kolu aşkarlanıb
İsmayıllıda avtomobildən 2 tona yaxın at əti aşkarlandı
Ağsu rayonunda bir tondan artıq narkotik tərkibli bitki məhv edilib