×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda qardaşlara bıçaqla xəsarət yetirən şəxslər tutulub

Bakı, 21 oktyabr, AZƏRTAC

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə oktyabrın 18-də saat 23 radələrində paytaxt sakinləri S.Eyvazov, qardaşı F.Eyvazov və M.Musayevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Bakı şəhər sakinləri Elnur İsmayılov, Kənan Əliyev, Şaiq Musayev, Anar Gərayev saxlanılıb, daha iki nəfərin isə şəxsiyyəti müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2022-10-21 11:32:00