DİN: Ölkə ərazisində qeydə alınan 54 cinayətin açılması təmin olunub
Bakı, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs qismində axtarılan 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, səkkiz nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.
DYP Bakıda reyd keçirib, qaçırılmış avtomobil saxlanılaraq sahibinə təhvil verilib
Qusarda iki maşın toqquşub, ölən və xəsarət alanlar var
FHN-in xilasediciləri intihara cəhdin qarşısını alıb VİDEO
Şəmkir şəhərində və Zəyəm qəsəbəsində yaşayış evlərini su basıb VİDEO
Bərdədə qardaşının həyat yoldaşına və öz anasına bıçaqla xəsarət yetirən şəxs saxlanılıb