Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun bölmələrinin qarşı tərəfin mövqeləri istiqamətində atəş açması barədə məlumat yalandır
Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan Ordusunun bölmələrinin guya qarşı tərəfin mövqeləri istiqamətində oktyabrın 20-si saat 16:30 radələrində atəş açması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatın heç bir əsası yoxdur, tamamilə yalandır.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.
“Məlumatı qəti surətdə təkzib edirik”, - deyə nazirlikdən bildirilib.
Azərbaycanın müdafiə naziri “Qış təlimi - 2023” təlimini izləyib
Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir VİDEO
Azərbaycanın müdafiə naziri Türkiyəyə səfər edib
Horadiz şəhərində Azərbaycan Ordusu gənclərinin forumu keçirilib
Azərbaycan ilə Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq müzakirə olunub