“Qafqaz Qartalı-2022” adı altında Gürcüstanda keçirilən hərbi təlimlər başa çatıb
Tbilisi, 20 oktyabr, AZƏRTAC
“Qafqaz Qartalı-2022” adı altında xüsusi təyinatlı qüvvələrin Gürcüstanda keçirilən hərbi təlimləri başa çatıb.
Oktyabrın 20-də Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasında təlimlərin rəsmi başa çatması ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze, Azərbaycanın Gürcüstandakı Səfirliyinin hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov, eləcə də Türkiyə səfirliyinin və Gürcüstan Müdafiə Qüvvələrinin rəhbər heyəti iştirak ediblər.
Bildirilib ki, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirak etdiyi təlim uğurla başa çatıb.
Qeyd edək ki, oktyabrın 10-da Muxrovani hərbi bazasında təlimlərin açılış mərasimi olmuşdu.
Xatırladaq ki, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirak etdiyi “Qafqaz Qartalı” adlı birgə təlimlər hər il təşkil olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Vətən müharibəsi şəhidi Elvin Şükürlünün xatirəsi anılıb VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Hərbi yol polisinin şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib
NATO Müdafiə Kollecinin kursunu bitirən azərbaycanlı ilk qadın hərbi qulluqçumuz VİDEO
Mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir VİDEO