×
A
A
A
Sazlamalar

Balakən sakinindən avtomat silah aşkarlanaraq götürülüb

Bakı, 20 oktyabr, AZƏRTAC

Balakən sakininin gizlətdiyi “AKS-74” markalı avtomat silah aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Balakən Rayon Polis Şöbəsi və Şəki Penitensiar Müəssisəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində penitensiar müəssisədə saxlanılan Balakən rayonunun Qullar kənd sakini İbrahim Muğumovun 2011-ci ildə tapıb yardımçı təsərrüfatında gizlətdiyi, torpağa basdırılmış və nömrəsi silinmiş “AKS-74” markalı avtomat silah aşkarlanıb.

Hadisə 2022-10-20 15:49:00