Xəzər rayonunda inşaat materiallarının satışı mağazasında yanğın olub
Bakı, 20 oktyabr, AZƏRTAC
Ötən gecə Bakı şəhərinin Xəzər rayonunda yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Xəzər Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının inşaat materiallarının satışı mağazasında baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində mağazanın giriş qapısı və içərisində bir ədəd kondisioner yanıb, yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı əriyib. Ümumi sahəsi 60 kvadratmetr olan mağazanın böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
İsmayıllıda avtomobildən 2 tona yaxın at əti aşkarlandı
Ağsu rayonunda bir tondan artıq narkotik tərkibli bitki məhv edilib
Şirvan şəhərində əcnəbi vətəndaşa narkokuryerlik edən qadın saxlanılıb
FHN: Suraxanı rayonunda fərdi evdə yanğın baş verib
Hövsanda anbardan 30 min manat dəyərində ərzaq məhsulları və məişət əşyaları oğurlanıb