Suraxanı rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib
Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da saat 11 radələrində Suraxanı rayonu ərazisində Bakı şəhər sakinləri Zahir Abbasovun idarə etdiyi “Ford Transit”, S.Əsgərovun sürdüyü “Toyota” və N.Qəhrəmanovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəza nəticəsində Z.Abbasov hadisə yerində ölüb.
Hadisə ilə bağlı rayon polis idarəsində araşdırmalar davam edir.
Samuxda keçmiş məhkumda odlu silah aşkarlanıb
Paytaxtın Bakıxanov qəsəbəsində çoxmərtəbəli binada yanğın olub VİDEO
Sabunçuda ağaclıq ərazidə baş vermiş yanğın söndürülüb