Binəqədi rayonunda oğurluq edən şəxslər məsuliyyətə cəlb olunub
Bakı, 20 oktyabr, AZƏRTAC
Binəqədi rayonunda oğurluq edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin 7-ci polis bölməsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 3 min manat pul və 1415 manat dəyərində məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Aynurə Məmmədova və Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Samirə Süleymanova müəyyən olunaraq saxlanılıblar.
Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Binəqədi qəsəbəsindəki həyətlərin birindən 3 ədəd velosiped oğurlamaqda və Bakı şəhər sakini olan bir qadını aldadaraq hesabına 90 manat pul ödətdirməklə dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Həsən Ələsgərov müəyyənləşdirilərək yaxalanıb.
Faktlarla bağlı araşdırma aparılır.
DYP Bakıda reyd keçirib, qaçırılmış avtomobil saxlanılaraq sahibinə təhvil verilib
Qusarda iki maşın toqquşub, ölən və xəsarət alanlar var
FHN-in xilasediciləri intihara cəhdin qarşısını alıb VİDEO
Şəmkir şəhərində və Zəyəm qəsəbəsində yaşayış evlərini su basıb VİDEO
Bərdədə qardaşının həyat yoldaşına və öz anasına bıçaqla xəsarət yetirən şəxs saxlanılıb