Şirkətin ofisindən su süzgəcləri oğurlanıb
Bakı, 20 oktyabr, AZƏRTAC
Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə M.Müşfiq küçəsində yerləşən su şirkətinin ofisindən 8450 manat dəyərində beş ədəd su süzgəcinin oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elmar Babayev, Anar Kuliyev və Göyçay rayon sakini Hilal Salmanov müəyyən olunaraq saxlanılıblar.
Fakta bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
FHN: Suraxanı rayonunda fərdi evdə yanğın baş verib
Hövsanda anbardan 30 min manat dəyərində ərzaq məhsulları və məişət əşyaları oğurlanıb
DİN: Ölkə ərazisində qeydə alınan 59 cinayətin üstü açılıb