Sabunçu rayonunda oğurluq edən şəxs saxlanılıb
Bakı, 20 oktyabr, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə Maştağa qəsəbəsindəki evlərin birindən 2000 manat dəyərində lazer aparatı, məişət əşyaları və elektrik naqili, həyətdəki “Hyundai” markalı avtomobildən isə 1000 manat və 1300 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Asim Nəsirov müəyyən olunaraq saxlanılıb.
Fakta bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
Bakıda avtomobildən 1 kiloqramdan çox marixuana aşkarlanaraq götürülüb
Gəncə sakininin içərisində pul, bank kartları, sənədləri olan cüzdanı oğurlanıb
Binəqədi rayonunda qadına qarşı soyğunçuluq edilib
Neftçala sakininin həyətindən 1090 ədəd çətənə kolu aşkarlanıb