Gürcüstanda xüsusi təyinatlı qüvvələrin hərbi təlimləri davam edir
Tbilisi, 19 oktyabr, AZƏRTAC
Gürcüstanda “Qafqaz Qartalı-2022” adı altında Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin hərbi təlimləri davam edir. Bu gün xüsusi təyinatlı dəstələr hava təchizatı, zirehli texnika ilə obyektə hücum, binanın ələ keçirilməsi və paraşütlə helikopter və digər uçuş aparatlarından eniş elementlərini yerinə yetiriblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, “Qafqaz Qartalı-2022” təliminin məqsədi Gürcüstan, Azərbaycan və Türkiyə Müdafiə qüvvələrinin xüsusi əməliyyat bölmələri tərəfindən xüsusi təyinatlıların imkanlarının sinxronlaşdırılması və əlaqələndirilməsini dərinləşdirmək, təcrübə mübadiləsi, qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq və çoxmillətli döyüşlərdə komandanlıq və nəzarəti təkmilləşdirməkdir.
“Qafqaz Qartalı - 2022” təlimində iştirak edən xüsusi təyinatlı qruplar yanğın və tibbi hazırlıq, məskunlaşan ərazidə döyüş və xüsusi əməliyyatların aparılması təcrübələrini bölüşəcəklər.
Qeyd edək ki, Gürcüstan, Azərbaycan və Türkiyə xüsusi təyinatlı qüvvələrinin üçtərəfli “Qafqaz Qartalı - 2022” təlimi hər üç ölkədə rotasiya prinsipi ilə hər il keçirilir. Keçən il təlimə Türkiyə ev sahibliyi edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Azərbaycanın müdafiə naziri “Qış təlimi - 2023” təlimini izləyib
Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir VİDEO
Azərbaycanın müdafiə naziri Türkiyəyə səfər edib
Horadiz şəhərində Azərbaycan Ordusu gənclərinin forumu keçirilib
Azərbaycan ilə Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq müzakirə olunub