×
A
A
A
Sazlamalar

Xarici müəssisə və təşkilatlar əsas kapitala 2,4 milyard manat yönəldiblər

Bakı, 18 oktyabr, AZƏRTAC

Cari ilin oktyabrın 1-dək xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 488,8 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 335,7 milyon manatı (93,8 faizi) Birləşmiş Krallıq, ABŞ, İsveçrə, Yaponiya, Türkiyə, Norveç, Rusiya, İran, Hindistan və Fransa sərmayədarlarına məxsus olub.
Həmçinin tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 62,5 faizini tikinti, yenidənqurma və genişləndirmə, 19,8 faizini əsaslı təmir, 6,7 faizini cari təmir, 11 faizini isə digər tikinti işləri təşkil edib.
Ümumi inşaat işlərinin 88,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Tikinti̇ 2022-10-18 15:16:00