×
A
A
A
Sazlamalar

Ötən doqquz ay ərzində paytaxtda 337 yol-nəqliyyat hadisəsi qeydə alınıb

Bakı, 18 oktyabr, AZƏRTAC

Ötən doqquz ay ərzində paytaxt ərazisində 337 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələr nəticəsində 143 nəfər ölüb, 264 nəfər isə xəsarət alıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli AZƏRTAC-a bildirib ki, bu, ötən dövrlə, yəni 2021-ci ilin doqquz ayı ilə müqayisədə 17 fakt azalma deməkdir.

 

Hadisə 2022-10-18 11:44:00