×
A
A
A
Sazlamalar

Əsas kapitala yönəldilmiş vəsaitlərin 7,3 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinə sərf olunub

Bakı, 17 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr aylarında əsas kapitala 10 milyard 154,4 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çox vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13,5 faiz azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 18,1 faiz artıb. İstifadə olunmuş vəsaitin 5 milyard 993,9 milyon manatı və ya 59 faizi məhsul istehsalı sahələrinə, 3 milyard 500,4 milyon manatı (34,5 faizi) xidmət sahələrinə, 660,1 milyon manatı (6,5 faizi) isə evlərin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 milyard 665,6 milyon manatını və ya 75,5 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7 milyard 359,8 milyon manatı və ya 72,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Tikinti̇ 2022-10-17 17:46:00