Tabor komandirləri arasında yarış keçirilib
Bakı, 17 oktyabr, AZƏRTAC
Bu ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarında ən yaxşı tabor komandiri adı uğrunda yarış keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yarışda motoatıcı və əməliyyat (komando) tabor komandirlərinin rəhbəredici sənədlər üzrə nəzəri bilikləri və taktiki tapşırıqları həll etmə bacarıqları yoxlanılıb. Həmçinin praktiki atış, sıra və fiziki hazırlıq üzrə normativlər qəbul edilib.
Komissiya tərəfindən aparılan qiymətləndirmədə ən yüksək nəticələr əldə edən zabitlər “Ən yaxşı motoatıcı, əməliyyat (komando) taborunun komandiri” adına layiq görülüblər.
Azərbaycanın müdafiə naziri “Qış təlimi - 2023” təlimini izləyib
Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir VİDEO
Azərbaycanın müdafiə naziri Türkiyəyə səfər edib
Horadiz şəhərində Azərbaycan Ordusu gənclərinin forumu keçirilib
Azərbaycan ilə Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq müzakirə olunub