Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının iştirak etdiyi birgə təlim başa çatıb VİDEO
Bakı, 17 oktyabr, AZƏRTAC
Türkiyə Respublikasının Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) bölmələri ilə Türkiyə HDQ xüsusi təyinatlı bölmələrinin birgə təlimi başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimdə hər iki qardaş ölkənin xüsusi təyinatlı bölmələri quru və dəniz taktikalarının işlənməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra ediblər.
Birgə təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Azərbaycanın müdafiə naziri “Qış təlimi - 2023” təlimini izləyib
Mühəndis təminatı üzrə tədbirlərin icrası plana uyğun davam etdirilir VİDEO
Azərbaycanın müdafiə naziri Türkiyəyə səfər edib
Horadiz şəhərində Azərbaycan Ordusu gənclərinin forumu keçirilib
Azərbaycan ilə Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq müzakirə olunub