×
A
A
A
Sazlamalar

Səbail rayonunda avtomobil yollarının yenidən qurulması üçün 1,2 milyon manat ayrılıb

Bakı, 17 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyev “Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1,2 milyon manat ayrılıb.

Tikinti̇ 2022-10-17 15:07:00