×
A
A
A
Sazlamalar

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

Bakı, 17 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 161,2 milyon manatlıq məhsul istehsal olunub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 23 faiz, elektrik avadanlıqlarının istehsalı isə 43 faiz artıb.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı 30,6 faiz azalıb, avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı isə 3,1 dəfə çox olub.

İKT 2022-10-17 14:40:00