×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da saat 18 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini Sürəyya Əfəndiyeva müəyyən edilməyən avtomobillə vurulub. Arxadan gələn Bakı şəhər sakini H.Fətullayev isə idarə etdiyi “Hyundai” markalı avtomobillə onun üzərindən keçib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəza nəticəsində piyada hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisə 2022-10-17 12:52:00