Ordumuzun mövqeləri atəşə tutulub
Bakı, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 15-i saat 15:20-dən 18:00-dək və oktyabrın 16-sı gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd və Yuxarı Şorca, Gorus rayonunun Qaraşen, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Cəmilli və Mollabayramlı, Laçın rayonunun Hüsülü, eləcə də Tovuz rayonunun Koxanəbi yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Vətən müharibəsi şəhidi Elvin Şükürlünün xatirəsi anılıb VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Hərbi yol polisinin şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib
NATO Müdafiə Kollecinin kursunu bitirən azərbaycanlı ilk qadın hərbi qulluqçumuz VİDEO
Mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir VİDEO