×
A
A
A
Sazlamalar

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü barəsində protokol tərtib olunub

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də saat 10 radələrində Ələt-Astara yolunda yerləşən postda “Mercedes” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən sürücü, Bakı şəhər sakini Mehdi Məmmədovun narkotik vasitənin təsiri altında olduğu müəyyənləşdirilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən protokol tərtib edilib.
Masallı Rayon Məhkəməsinin qərarı ilə M.Məmmədov iki il müddətinə sürücülük hüququndan məhrum edilməklə 450 manat məbləğində cərimə olunub.

Hadisə 2022-10-15 15:16:00