“Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiqi və “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 2818 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:
Müşahidə Şurasının sədri
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
Müşahidə Şurasının üzvləri
Azərbaycan Respublikasının elm və təhsil naziri
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri.
2. “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 2818 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 597) 1-ci hissəsi ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 oktyabr 2022-ci il