×
A
A
A
Sazlamalar

Enerji effektivliyi ilə bağlı ictimai məlumatlılığın təşviqi üzrə seminar keçirilib

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 12-14-də Avropa İttifaqının “Azərbaycanda enerji səmərəliliyinin artırılmasına dəstək” layihəsi çərçivəsində binalarda enerji effektivliyi, eko-dizayn və enerji etiketlənməsi sahələrində məlumatlılığın artırılması və kommunikasiya fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə seminar keçirilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, seminar enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsulların enerji etiketlənməsi və ekoloji dizayn tələbləri, binalarda enerji effektivliyi üzrə məlumatlandırma kampaniyalarının aparılması, bu kampaniyalar üzrə hədəf qruplarının seçilməsi, mümkün kommunikasiya vasitələrinin və kanallarının müəyyənləşdirilməsi, sosial media da daxil olmaqla kommunikasiya tədbirlərinin işlənib hazırlanmasına həsr edilib.
Ümumilikdə 70-dən çox nümayəndənin iştirak etdiyi seminara dövlət qurumları, yerli biznes təmsilçiləri, Aİ-nin Merlər Razılaşmasını imzalayan bələdiyyələrin nümayəndələri, Aİ-nin Gənc Səfirləri, elmi dairələr və vətəndaş cəmiyyəti daxil olmaqla müxtəlif qruplar qatılıb.

Energetika 2022-10-15 13:02:00