×
A
A
A
Sazlamalar

Əvvəllər məhkum olunmuş şəxsdə narkotik vasitə aşkarlanıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ramil Quliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şəxsi axtarış zamanı ondan 105 qramdan çox heroin aşkarlanaraq götürülüb.

 

 

Hadisə 2022-10-15 12:03:00