×
A
A
A
Sazlamalar

Nizami rayonunda bank hesabından pul oğurlanıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə paytaxt sakini T.Qurbanzadənin bank hesabından 246 manat məbləğində pulunun oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Həsənli müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən təhqiqat davam edir.

Hadisə 2022-10-15 11:56:00