×
A
A
A
Sazlamalar

Gözəllik salonunda qadının cüzdanını oğurlayan şəxs saxlanılıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə rayon ərazisindəki gözəllik salonlarının birində paytaxt sakini qadının içərisində 1000 manat və 700 ABŞ dolları pul olan cüzdanının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini G.İbrahimova müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

 

 

Hadisə 2022-10-15 11:51:00