×
A
A
A
Sazlamalar

DİN: Ölkə ərazisində qeydə alınan 35 cinayətin açılması təmin olunub

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 60, o cümlədən borclu şəxs qismində axtarılan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

 

 

Hadisə 2022-10-15 10:34:00