“Azərişıq” ASC-nin nümayəndə heyəti ADA Universitetində olub
Bakı, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də ADA Universitetində “Azərişıq” ASC-nin təşkilatçılığı ilə 20 Oktyabr - Energetiklər Gününə həsr olunmuş tədbir keçirilib.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, ADA Universitetinin müəllim və tələbə heyətinin iştirak etdiyi görüşdə ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxış edərək, qurumun strateji inkişaf planından danışıb və işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma, bərpa işləri və digər innovativ yeniliklərlə bağlı ətraflı məlumat verib.
Sonra Qarabağda görülən işlərdən bəhs edən “İşıqlı Qarabağ” filmi nümayiş olunub.
Tədbirdə, həmçinin “Azərişıq” ASC ilə ADA tələbələri arasında qarşılıqlı əlaqələrin qurulmasına xüsusi önəm verildiyi vurğulanıb. Bu məqsədlə, respublikanın ali təhsil müəssisələrində təhsil alan tələbələrin “Azərişıq” ASC-nin strukturlarında nəzəri və praktiki təcrübə keçmək imkanlarının genişləndirilməsi, işlə təmin olunmaqla yanaşı karyera qurmaq, gələcəkdə vətənə, ölkəyə faydalı gənc mütəxəssis kimi formalaşması, eyni zamanda, elektroenergetika sahəsində aparılan genişmiqyaslı müasirləşmə layihələri və bərpaolunan enerji mənbələrinin tətbiqi üzrə həyata keçirilən islahatlar haqqında məlumat verilib.
Sonda tələbələrin sualları cavablandırılıb.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir