×
A
A
A
Sazlamalar

Bu həftə yol infrastrukturu ilə bağlı görülən işlər açıqlanıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən respublika ərazisində oktyabrın 7-dən 14-dək görülmüş və icra olunan işlərin həftəlik icmalı barədə məlumat yayılıb.
AZƏRTAC Agentliyə istinadla xəbər verir ki, bu dövr ərzində Cəlilabadda 14 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 36,2 kilometr olan avtomobil yolları yenidən qurulur, Qaradağ rayonunun Sahil qəsəbəsində Məhərrəm Seyidov küçəsinin təmiri yekunlaşıb, Bakı şəhərinin Nəsimi rayonunun Rövşən Cəfərov küçəsi təmir edilib, Nərimanov rayonunun Məsud Əlizadə küçəsi isə təmir olunur.
Bundan başqa, Binəqədi rayonunun əsas yollarından biri olan “Baksol yolu”nun təmiri davam edir, Bakı şəhərinin Mərdəkan-Zağulba avtomobil yolunun 8-ci kilometrində yerüstü piyada keçidi inşa edilir, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 18,5-ci kilometrində yeni yerüstü piyada keçidi isə istifadəyə verilib.
Sözügedən işlərə Nərimanov rayonunda ümumi uzunluğu 1570 metr olan Əliəşrəf Əlizadə və Tələt Şıxəliyev küçələrinin əsaslı təmir edilməsi və Ucar rayonunun Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun asfaltlanmasına başlanılmasını da əlavə etmək olar.

Tikinti̇ 2022-10-14 19:56:00