×
A
A
A
Sazlamalar

Evdən və şirkətdən oğurluq edən keçmiş məhkum saxlanılıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Novxanı qəsəbəsi ərazisində inşası başa çatmayan bir evin həyətindən 1665 manat dəyərində elektrik naqili və dəmir dirəklər, Binəqədi qəsəbəsi ərazisində şirkətlərdən birinə məxsus sahədən isə 420 metr naqil və 18 metr boru oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluqda şübhəli bilinən paytaxt sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Aydın Kərimov saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.



 

Hadisə 2022-10-14 11:05:00