×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda ikimərtəbəli obyektdə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Binəqədi rayonunun Əcəmi Naxçıvani küçəsindəki ikimərtəbəli obyektdə baş vermiş yanğın nazirliyin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Hadisə 2022-10-14 10:38:00