×
A
A
A
Sazlamalar

DİN: Ölkə ərazisində qeydə alınan 86 cinayətin açılması təmin olunub

Bakı, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 13-də ölkə ərazisində qeydə alınan 86, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 75, o cümlədən borclu şəxs qismində axtarılan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı bir fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.



 

Hadisə 2022-10-14 10:19:00