×
A
A
A
Sazlamalar

Qaradağ rayonunda çoxmərtəbəli binada yanğın olub, iki nəfər zəhərlənib

Bakı, 13 oktyabr, AZƏRTAC

Paytaxtın Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsinin dəhlizində məişət tullantıları və istifadəyə yararsız ev əşyaları 20 kvadratmetr sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğın zamanı iki nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. Dördü uşaq olmaqla 12 bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Mənzillər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

 

Hadisə 2022-10-13 17:49:00