® “Azercell” qeydiyyatdan keçmiş müştəriləri üçün “Rəqəmsal Kartı”nın növbəli aktivasiyasına davam edir
“Google Pay”, Keşbek və “Cash-in” ən son əlavə edilən xidmət çeşidləri olub
“Azercell”in “Kabinetim” tətbiqi vasitəsilə nağdsız hesablaşma, müxtəlif növ ödənişlər və digər əməliyyatları təhlükəsiz şəkildə həyata keçirməyə imkan verəcək “Rəqəmsal kart”ın mövcud xidmət istiqamətlərinə “Google Pay”, Keşbek və “Cash-in” xidmətləri də əlavə edilib: Kartın və cüzdanın aktivləşdirilməsi - “Kabinetim” tətbiqi daxilində “Azercell” xidmət və satış mərkəzlərinə gəlmədən rahat və tez bir şəkildə “Rəqəmsal Kart”a qoşulma; “Müştərini tanı” (KYC) verifikasiyası - Real zaman rejimində üztanıma texnologiyaları əsasında ucdan-uca rəqəmsal identifikasiya; “Google Pay” və “Apple Pay” - kartı üçüncü tərəflərə ötürmədən rahat və təhlükəsiz şəkildə nağdsız ödəniş həyata keçirmək; Keşbek - bütün supermarket, yanacaqdoldurma məntəqəsi, aptek, və avtomobil ehtiyat hissələri mağazalarında 5 faiz, digər ticarət və xidmət məkanlarında isə 1 faiz keşbek; “Cash-in” - “eManat” terminallarında “Rəqəmsal kart”ın balansının artırılma; Kartdan karta köçürmə (Card to Card) - ölkədaxili istənilən bank kartına heç bir xidmət haqqı tutulmadan kartdan-karta köçürmə etmək; Cüzdandan cüzdana köçürmə (Wallet to wallet) - “Azercell Rəqəmsal kartı”nın istifadəçiləri arasında bir elektron cüzdandan digər cüzdana heç bir xidmət haqqı tutulmadan vəsait köçürmə; Tətbiq daxilində balansın artırılması -hər hansı digər tətbiqə keçmədən cüzdanın balansını birbaşa “Kabinetim” tətbiqində artırmaq; Kommunal ödənişlər - heç bir xidmət haqqı tutulmadan kommunal ödənişləri Kabinetim tətbiqində etmək; Cüzdana bağlı olan nömrənin dəyişdirilməsi - abunəçinin karta bağlı mobil nömrəsini digəri ilə dəyişdirmə imkanı; Kartın Pin kodunun təyin edilməsi - istifadəçi tərəfindən kartın unikal pin kodunun yaradılması və dəyişdirilməsi.
“Azercell”in bazara “akart” ticarət markası altında çıxardığı bu “Rəqəmsal kart”ın yeni xidmət istiqamətlərinin genişlənməsi davam edəcək.
“akart” “PAŞA Bank”, “Visa” və “AzInTelecom”la əməkdaşlıq çərçivəsində tərtib olunaraq ərsəyə gəlib. Kartın emitenti “PAŞA Bank”dır.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb