×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyev Astanada AQEM-in Zirvə Toplantısının iştirakçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib

Astana, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 13-də Astanada Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında iştirak edən dövlət və hökumət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Rəsmi xronika 2022-10-13 13:12:00