×
A
A
A
Sazlamalar

Qardaşını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bakı, 13 oktyabr, AZƏRTAC

Qardaşını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Yevlax rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, oktyabrın 12-si saat 20 radələrində Yevlax rayonu ərazisində 1973-cü il təvəllüdlü Vüqar Əsədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1971-ci il təvəllüdlü Elşad Əsədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək Vüqar Əsədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Elşad Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İş üzrə istintaq davam edir.

Hadisə 2022-10-13 09:38:00