×
A
A
A
Sazlamalar

Nizami rayonunda narkotik vasitə qəbul edən şəxslər məsuliyyətə cəlb olunub

Bakı, 12 oktyabr, AZƏRTAC

Paytaxtın Nizami rayonunda qrup halında narkotik vasitə qəbul edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı rayon polis idarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 1985-ci il təvəllüdlü Siyavuş Bayramovdan 2.648 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi açılıb.
Digər şəxslər 1981-ci il təvəllüdlü Rəsul Quliyev, 1983-cü il təvəllüdlü Elxan Məmmədov, 1976-cı il təvəllüdlü Rövşən Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Hadisə 2022-10-12 13:31:00