×
A
A
A
Sazlamalar

Evdən qızıl-zinət əşyaları oğurlayan axtarışda olan şəxs tutulub

Bakı, 12 oktyabr, AZƏRTAC

Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışda olan Təbriz Şahmarzadə tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun Zabrat qəsəbəsindəki evlərin birindən 100 ABŞ dolları və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da polis əməkdaşları tərəfindən müəyyən olunub.
Faktla bağlı rayon polis idarəsi tərəfindən təhqiqat davam edir.

 

Hadisə 2022-10-12 11:35:00