×
A
A
A
Sazlamalar

Nəsimi və Sabunçu rayonlarında avtomobillərdən pul oğurlanıb

Bakı, 12 oktyabr, AZƏRTAC

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə H.Seyidzadə küçəsində “Toyota” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 7300 manat məbləğində pul, 600 ABŞ dolları və sürücülük vəsiqəsinin oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Zakir Kərimov müəyyən olunaraq saxlanılıb.
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsindəki dayanacaqların birində “KİA” markalı avtomobildən 40 min ABŞ dollarının oğurlanması barədə rayon polis idarəsinin 15-ci polis bölməsinə müraciət daxil olub.
Oğurluğu törətməkdə şübhəli bilinən Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müəyyən olunaraq saxlanılıblar.
Hər iki faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2022-10-12 11:31:00