MDB iştirakçı dövlətlərinin yüksək rütbəli hərbi nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 12 oktyabr, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak etmək üçün Bakıya gəlmiş yüksəkrütbəli hərbi nümayəndə heyətləri oktyabrın 12-də Şəhidlər xiyabanını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələri ehtiramla yad edilib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.
Hərbi tibb personalımız Kahramanmaraşda fəaliyyətə başlayıb
“Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun növbəti buraxılışı olub
Bakıda NATO-nun təlim kursu keçirilir