×
A
A
A
Sazlamalar

“Öyrənənlərin təhsil nailiyyətlərinin qiymətləndirilməsinə müasir yanaşmalar” mövzusunda məruzə dinlənilib

Bakı, 11 oktyabr, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə şöbənin əməkdaşı Cəmilə Bağırova “Öyrənənlərin təhsil nailiyyətlərinin qiymətləndirilməsinə müasir yanaşmalar” mövzusunda məruzəni təqdim edib.
Elektron təhsildə biliyin qiymətləndirilməsi tendensiyaları və strategiyalarından söz açan C.Bağırova bildirib ki, qiymətləndirmə müəyyən bir materialı və ya kursu keçdikdən sonra öyrənənin biliyinin yoxlanılmasıdır. Bu, rəsmiləşdirilmiş və ya ekspert tərəfindən qiymətləndirmə ilə yekunlaşan mürəkkəb prosesdir. Başqa sözlə, qiymətləndirmə öyrənənlərin təhsil təcrübələrinə əsaslanan bilikləri haqqında məlumat toplanılmasıdır.
Tədqiqatçının sözlərinə görə, qiymətləndirmənin əsas vəzifələrinə metodoloji yanaşmaların həyata keçirilməsinin mümkün nəticələrinin proqnozlaşdırılması, əks-əlaqənin təmin edilməsi, qarşıya qoyulan məqsədlərə çatmaq dərəcəsinin qiymətləndirilməsi, müşahidə olunan dəyişikliklərin həyata keçirilən metodik tədbirlərlə necə və nə dərəcədə əlaqəli olduğunun qiymətləndirilməsi, metodoloji yanaşmaların tətbiqi üçün sübuta əsaslanan məlumatların toplanması və s. daxildir.
Məruzəçi, həmçinin viktorina və testlər kimi ənənəvi elektron təhsil qiymətləndirmələrinin formatının dəyişdirilməsinin çətinliyindən danışıb. Qeyd edib ki, informasiya-təcrübə-testin adi strukturunun pozulması yeni imkanlar. Nəticədə, bu öyrənməni əyləncəli və effektiv edir, müvəqqəti əzbərləmə ömürlük dərketmə ilə əvəz olunur.

Texnologiya 2022-10-11 16:42:00