×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda Rövşən Cəfərov küçəsi təmir olunub

Bakı, 11 oktyabr, AZƏRTAC

Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın Nəsimi rayonunda Rövşən Cəfərov küçəsi təmir olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ortalama eni 9,5 metr təşkil edən küçənin təmir olunan hissəsinin uzunluğu 550 metrdir. Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, zəruri yerlərdə piyada səkilərinin bərpası, yararsız səki daşlarının yenilənməsi işləri aparılıb. Bu istiqamətdə küçə boyu 130 kvadratmetr sahədə səki bərpa olunub, 60 poqonometr bordür yenilənib.
Daha sonra küçəyə yeni asfalt-beton örtüyü döşənib.

Tikinti̇ 2022-10-11 16:21:00