Bakıda MDB iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək
Bakı, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 12-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan respublikaları silahlı qüvvələrinin Baş Qərargah rəisləri, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini və Tacikistan Respublikasının Rusiya Federasiyasındakı hərbi attaşesi iştirak edəcək.
İclasa Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sədrlik edəcək.
Hərbi qulluqçular arasında bilik yarışması keçirilib VİDEO
Yaşar Güler: Ermənistan sülh üçün yaranan şəraiti lazımınca dəyərləndirmir
Nazir: Gələn il Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü Gürcüstanda keçiriləcək