Gürcüstanda “Qafqaz Qartalı-2022” adı altında xüsusi təyinatlı qüvvələrin hərbi təlimləri başlayıb
Tbilisi, 10 oktyabr, AZƏRTAC
Gürcüstanda “Qafqaz Qartalı-2022” adı altında xüsusi təyinatlı qüvvələrin hərbi təlimləri başlayıb.
AZƏRTAC xəbər verir ki, təlimlərdə Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin nümayəndələri iştirak edirlər.
Oktyabrın 10-da Muxrovani hərbi bazasında təlimlərin açılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının rəhbəri və zabitləri, eləcə də Türkiyə səfirliyinin və Gürcüstan Müdafiə Qüvvələrinin rəhbər heyəti iştirak edib.
Xatırladaq ki, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirak etdiyi “Qafqaz Qartalı” adlı birgə təlimlər hər il təşkil olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib VİDEO
Azərbaycan Ordusunda yeni tədris dövrünün məşğələləri keçirilir VİDEO
Pilotsuz uçuş aparatları kursunu bitirənlərə sertifikatlar təqdim olunub
Azərbaycanın müdafiə naziri “Qış təlimi - 2023” təlimini izləyib