İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək
Bakı, 10 oktyabr, AZƏRTAC
Noyabrın 29-dan dekabrın 2-dək Rusiya Federasiyasının Pereslavl-Zalesskiy şəhərində təşkil olunacaq XI Milli Superkompüter Forumu çərçivəsində “Elektron idarəetmədə bulud və paylanmış hesablama sistemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Konfransın təşkilatçılarından biri də İnformasiya Texnologiyaları İnstitutudur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, forumun keçirilməsində əsas məqsəd superkompüter texnologiyalarının yaradılması və tətbiqinə dair müzakirələr aparmaq, hər bir ölkənin superkompüter texnologiyaları ilə bağlı siyasətinin vəziyyəti, əldə olunmuş nailiyyətləri ilə tanış olmaq, eləcə də qarşıda duran vəzifə və prioritetləri müəyyənləşdirməkdir.
Konfransa tezis qəbulu oktyabrın 16-dək davam edəcək.
Daha ətraflı məlumatı nscf.ru saytından əldə etmək mümkündür.
Dördüncü Sənaye İnqilabı, süni intellekt və rəqəmsal sosiologiya - elmi konfrans
Elektron elm və elmmetriya problemləri ilə bağlı tədqiqatlar aparılır
“Böyük biliklərin” analitikasının elmi-nəzəri əsasları tədqiq olunacaq
OLAP texnologiyasının intellektuallaşdırılması üçün metod və alqoritmlər işlənilir
NASA bəşəriyyətin Aya qayıtması üçün yeni nəsil skafandr təqdim edib