×
A
A
A
Sazlamalar

Bank hesabından və dörd evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıb

Bakı, 10 oktyabr, AZƏRTAC

Oğurluqda şübhəli bilinən Bakı və Sumqayıt şəhər sakinləri yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini C.Qurbanovun bank hesabından 438 manatını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Orxan Quliyev müəyyən olunaraq saxlanılıb.
Binə qəsəbəsi ərazisində 4 evdən ümumilikdə 1150 manat pul, televizor, qızıl üzük və mobil telefon oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri Nihat Qafari və əvvəllər də oğurluğa görə məhkum olunmuş Ümüd Kərimov Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müəyyən olunaraq saxlanılıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.

Hadisə 2022-10-10 12:32:00